Bu gün Türkiyə millisinin Avro-2012 "dəftəri bağlanır"...

Bu gün Türkiyə millisinin Avro-2012 "dəftəri bağlanır"...
İstanbulda Xorvatiya millisinə 0:3 hesabı ilə məğlub olan futbol üzrə Türkiyə yığması, bu gün Zaqrebdə cavab qarşılaşmasına çıxacaq. Siasport.az saytı xəbər verir ki, Avro-2012-yə qatılmaq üçün mütləq Xorvatiya millisinin qapısından 4 cavabsız top keçirməli olan Türkiyə millisinin bunun öhdəsindən gələcəyi qətiyyən inandırıcı görünmür. Çünki İstanbuldakı qarşılaşmada sərgilənən oyunla Xorvatları öz meydanında 0:4 hesabı ilə məğlub etmək qəti şəkildə mümkünsüz işdir.
Amma sən demə, baş məşqçi Quss Hiddinq tamam başqa fikirdəymiş. Belə ki, hollandiyalı futbol mütəxəssisi, dünən keçirdiyi mətbuat konfransında Zaqrebdə xorvatları təəcübləndirən futbol oynayacaqlarını, hətta rəqibi Avro-2012-dən kənarda qoyacaq qələbə qazanacaqlarını bildirib. Sözsüz ki, Q.Hiddinq əsl "cadugar" rolunda çıxış etməyə çalışır. Çünki, bizim üçün nə qədər ağır da olsa deməliyik ki, artıq Türkiyə millisinin Avro-2012 "dəftəri" İstanbuldaca "bağlanıb."

Bütün xəbərlər Facebook səhifəmizdə