Qus Hiddinqi istefaya göndərmək Türkiyə millisinə 25 milyon dollara başa gələcək!

Qus Hiddinqi istefaya göndərmək Türkiyə millisinə 25 milyon dollara başa gələcək!

Futbol üzrə Xorvatiya millisinə 0-3 hesabı ilə rüsvayçı məğlub olan Türkiyə yığmasında gərginlik davam edir. Siasport az sayıtı xəbər verir ki, baş məşqçi Quss Hiddinqin istefası real şəkildə gündəmdədir. Türkiyə mətbuatının yazdığına görə, sabah Zaqrebdə oynanılacaq cavab qarşılaşmasından asılı olmayaq, Hollandiyalı baş məşqçi ilə yollar ayrılacaq.

Türkiyə Futbol Federasiyasında (TFF) Q. Hiddinqlə yolların ayrılması barəsində yekun qərarın olduğu bildirilir. Sözsüz ki, bu məsələ Türkiyə tərəfi üçün qədər ağrılıdır. Çünki Hollandiyalı məşqçi ilə bağlanmış müqaviləyə əsasən, əgər Türkiyə tərəfi müqavilədə göstərilmiş müddətdən əvvəl Q. Hiddinqlə yolları ayırmaq istəsə, o zaman qarşı tərəfə 25 milyon dollar təzminat ödəyəcək. Hazırda TFF bu məsələnin qarşılıqlı həll yollarını axtarmağa və durumdan ziyansız ötüşməyə çalışır. Türkiyə tərəfinin 25 milyon dollar ödəməməsi üçün Q. Hiddinqin müqaviləni qarşılıqlı şəkildə ləğv etməsinə dair razılığ imzalaması lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə