Bu gün futbol üzrə Azərbaycan yığması yoldaşlıq matçı çərçivəsində səfərdə Albaniya ilə üz-üzə gələcək. Komandamızın bu il üçün nəzərdə tutulmuş son rəsmi görüşü Tirana şəhərinin "Qemal Stafa" stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Qeyd edək bu, yığmamızın albanlara qarşı 5-ci sınağı olacaq. Bu dəfə olduğu kimi, ilk 4 görüş də yoldaşlıq xarakteri daşıyıb. Tərəflər ilk dəfə 2000-ci ildə Maltada münasibətlərinə aydınlıq gətirmiş və oyun rəqib komandanın 1-0 hesablı zəfəri ilə yekunlaşmışdı. Bundan 2 il sonra seçməmizi yenə eyni hesabla üstələmiş albanlar, 2005-ci ildə də millimizdən güclü olmuşdular, 2-1. 2008-ci ildə Bakıda baş tutmuş növbəti görüşdə isə qalib müəyyənləşməmişdi, 1-1.
Onu da əlavə edək ki, millimizin baş məşqçisi Berti Foqtsun taleyinə də bu oyundan sonra aydınlıq gələcək. Belə ki, AFFA-nın bu ay müqaviləsi bitəcək mütəxəssislə yollarını davam etdirib-etdirməyəcəyi hələ dəqiqləşməyib.
Gəray Qiyasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB