Almaniya mətbuatı: "Böyük ehtimalla Foqts Türkiyə yığmasının baş məşqçi postunda Quus Hiddinki əvəzləyəcək"

Almaniya mətbuatı: "Böyük ehtimalla Foqts Türkiyə yığmasının baş məşqçi postunda Quus Hiddinki əvəzləyəcək"
Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts AFFA ilə yeni müqavilə imzalamayacaq. Siasport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın FAZ nəşri məlumat yayıb.

Sözügedən orqanın yaydığı xəbərə görə, noyabrın 11-də keçiriləcək Albaniya ilə oyun almaniyalı mütəxəssisin yığmamızdakı son matçı olacaq. Buna səbəb kimi isə yerli klublarla Foqts arasındakı fikir ayrılığı əsas göstərilir: "Klubların məşqçiləri Foqtsun tələblərini eşitmirlər. Hansı ki, o, tez-tez komandaların məşq proseslərindən narazılığını bildirirdi. Bununla yanaşı, Foqts həm də klublardakı legionerlərin sayının çox olmasından çox narazıdır".

FAZ-ın məlumatına görə, sözügedən məsələ ilə bağlı yekun qərar noyabrda veriləcək: "Tiranada Foqts AFFA-nın baş katibi Elxan Məmmədovla birgə olacaq. Mümkündür ki, elə ordaca müqaviləni yeniləməklə bağlı danışıqlar olsun. Amma bütün bunlar formal xarakter daşıyacaq. Məhz Albaniya ilə oyundan sonra baş məşqçi yekun qərarını verəcək".

Qəzetin yazdığı məlumatda o da bildirilir ki, artıq Foqtsa digər yığmalardan dəvət var: "Onun xidmətində iki ölkə daha çox maraqlıdır. Böyük ehtimalla o, Türkiyə yığmasının baş məşqçi postunda Quus Hiddinki əvəzləyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня