Alı Dürüst: "Bəzi qüvvələr "Qalatasaray"ı təxribata çəkmək istəyirlər!"
"Bir sıra qara qüvvələr "Qalatasaray"ı çirkin oyunların və hazırkı xaosun içinə çəkirlər. Amma biz buna yol verməyəcəyik". Siasport.az saytı xəbər verir ki, dünən "Türk Telekom Arena"da "Gazientepspor"la keçirilən qarşılaşmada acınacaqlı şəkildə hakim qərəzi ilə üzləşən və 2:4 hesabı ilə məğlub olan İstanbul klubunun rəhbərliyi, hakimlərə qarşı kəskin etiraz səslərini qaldırıblar.
"Qalatasaray"ın vitse prezidenti Ali Dürüst bildirib ki, meydandakı hakimlər, öz rəhbərlərinin göstərişlərini yerinə yetirərək, qərəzli qərarları ilə "Qalatasaray" azarkeşlərini təxribat əməllərinə sövq edirdilər: "Biz açıq şəkildə bizlərə qarşı yaşanan bu əsalətsizliklə bağlı ən yuxarı instansiyalara qədər öz etirazımızı bildirəcəyik. Bütün Türkiyənin gözü qarşısında "Qalatarasaray" təxribata çəkilir"-deyə A.Dürüst fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB