Almaniyanın "Verder" futbol klubunun rəhbərliyi, baş məşqçi Tomas Şaafı istefaya göndərməyi planlaşdırır. Siasport.az saytı xəbər verir ki, Bundesliqada son 2-3 qarşılaşmanı məğlubiyyətlə başa vuran Bremen təmsilçisi, artıq həm azarkeşlərin, həm də klub rəhbərliyinin səbrini tükəndirib. Yeni mövsümü uğursuz şəkildə başlayan "Verder", "Ştutqart" və "Şalke" kimi klublara böyük hesabla məğlubiyyət acısı yaşamışdı. Hazırkı baş məşqçi ilə qış transfer dövrünə qədər belə davam etməyin mənasız olduğunu düşünən "Verder" rəhbərliyinin, baş məşqçi axtarışlarına başladığı barədə Almaniya mətbuatı da yazılar dərc etməyə başlayıb. Məşhur "Bild" nəşri yazır ki, T. Şaafın özü də hazırkı durumdan narahatdır və komanda rəhbərliyinin istənilən qərarına hörmətlə yanaşacağını, istefaya getməsində heç bir problemin olmadığnı və əvvəlki tək "Verder"in sadiq azarkeşi olaraq qalacağını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB