Son məğlubiyyətlərlə əməlli-başlı tənqid hədəfinə tuş gələn London "Arsenal"ının baş məşqçisi Arsen Venger, vəziyyətdən çıxmaq üçün bir sıra yollara baş vurur. Siasport.az saytı xəbər verir ki, hazırkı heyətə "əl gəzdirən" fransız futbol mütəxəssisi, İngiltərə Kuboku uğrunda keçirilən son qarşılaşmada bunun bəhrəsini görə bildi. Belə ki, onun həmin qarşılaşmada meydana buraxdığı gənc oyunçular "Arsenal"ın rəqib üzərindəki 3:1 hesablı qələbəsini təmin etdilər.
A.Venger indi də İtaliyanın "Fiorentina" futbol kubunun gənc ulduz futbolçusu Manuel Varqası hədəfə alıb. İngilis mətbuatının yazdığına görə, "topçular" məhz A.Vengerin istəyi ilə italyan klubuna "elçi düşüblər." Amma A.Vengerin bu istəyi elə ürəyindəcə qalıb. Səbəb isə "Fiorentina"nın gənc forvarda görə London klubundan 19 milyon avro tələb etməsidir. "Topçular"ın 10 milyon funt sterlinq təklifini qəbul etməyən "Fiorentina", ən yaxşı halda "Arsenal" üçün qiymət məsələsində 1milyon avroya qədər keçə biləcəklərini diqqətə çatdırıblar. İngilis mətbuatı yazır ki, hazırda London klubu qiymət məsələsində razılaşma əldəe tmək üçün bütün resurslarını işə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB