Apellyasiya və Ekspert Komitəsi "İnter"in şikayətini təmin etmədi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, "Qəbələ" PFK-nın futbolçu Mahir Şükürovun cəzasının yüngülləşdirilməsi və "İnter" PİK-in İntizam Komitəsinin 23 avqust 2011-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı müraciətlərinin müzakirə olunduğu iclasda aşağıdakı qərarlar qəbul edilib:
1. "Qəbələ" PFK-nın futbolçusu Mahir Şükürov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılsın. Mahir Şükürov intizam tədbiri olaraq 3 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 9 (doqquz) aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 9 aylıq sınaq müddəti ərzində Mahir Şükürov analoji hərəkətlərə yol verərsə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
2. "İnter" PİK-in şikayəti təmin olunmasın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB