"İnter" yenə uduzdu, Moratti Gasperininin yerinə baş məşqçi axtarır!

"İnter" yenə uduzdu, Moratti Gasperininin yerinə baş məşqçi axtarır!

Dünən "İnter" futbol klubu, İtaliya A Seriyası çərçivəsində keçirdiyi daha bir qarşılaşmanı başıaşağı tərk edərək, əslində klubun hazırkı baş məşqçisi Gasperininin istefasını qaçılmaz edib. Siasport.az saytı xəbər verir ki, İtaliya nəhəngi, "Novarra" ilə keçirdiyi səfər qarşılaşmasında 1:3 hesablı məğlubiyyətlə razılaşmalı olub. Bu üzücü hesab, onsuz da hazırkı baş məşqçinin əlindən "zəncir çeynəyən" "İnter" prezidenti Morattini, klubda təcili şəkildə ciddi islahatlara başlamağa vadar edəcək. Çünki UEFA Çempionlar Liqasında Türkiyə təmsilçisi "Trabzonspor"a uduzan Milan təmsilçisinin, bu oyun sistemi ilə həttda qrupdan çıxmaq imkanları belə şübhə altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə