Milan Baroş "Qalatasaray" rəhbərliyindən və Fatih Terimdən üzr istədi!

Milan Baroş "Qalatasaray" rəhbərliyindən və Fatih Terimdən üzr istədi!
İstanbulun "Qalatasaray" futbol klubu "Türk Telekom Arena"da oynayacağı "Samsunspor" qarşılaşmasına ciddi hazırlaşır. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Fatih Terimin rəhbərliyi altında ciddi təlim-məşq prosesi keçən futbolçuların qarşısında evdə keçirəcəkləri növbəti qarşılaşmanı qələbə ilə başa vurmaq tapşırığı qoyulub.
Bu arada, keçən həftə "Böyükşehir Bələdiyəspor"la qarşılaşmada meydanı əsəbi olaraq tərk edən və baş məşqçi F.Terimə açıq şəkildə etiraz edən "Qalatasaray"ın çexiyalı stoperi Milan Baroş, klub rəhbərliyindən və "imperator"dan rəsmi şəkildə üzr istəyərək, etdiyi hərəkətin rəqib meydanında düçar olduğları məğlubiyyətlə əlaqəli olduğunu dilə gətirib.
M.Baroş qarşıdakı "Samsunspor" oyununda var gücü ilə komandasının qələbəsi üçün çalışacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə