Türk futbolunda son baş verən qalmaqallardan hamı məğlub ayrılacaq. Bu barədə "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim İspaniyadan geri qayıdarkən hava limanında türkiyəli jurnalistlərə bildirib.
"İmperator", "Fənərbaxça"nın UEFA Çempionlar Liqasından kənarlaşdırılıması ilə bağlı Türkiyə Futbol Federasiyasının (TFF) qərarını olduqca üzücü bir qərar adlandıraraq, bəzi qüvvələrin türk futboluna sağalması uzun illər boyu zaman aparacaq bir yara vurduqlarını dilə gətirib:"Bütün bu baş verənlərdən heç kim qazanmayacaq. İtirən isə bütün Türkiyə, türk futbolu olacaq"-deyə təcrübəli futbol mütəxəssisi mövqeyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB