Boksçularımız dünya birinciliyində mübarizə aparacaqlar

Boksçularımız dünya birinciliyində mübarizə aparacaqlar

İyulun 23-də Qazaxıstanın paytaxtı Astanada yeniyetmələr arasında boks üzrə dünya birinciliyi start götürəcək. Siasport.az saytı xəbər verir ki, "Qazaxıstan" İdman Sarayında keçiriləcək yarışda 50-dən çox ölkənin 600-ə yaxın idmançısının iştirak etməsi gözlənilir. Turnir 13 çəki dərəcəsi üzrə keçiriləcək

Azərbaycan dünya birinciliyində 12 çəki dərəcəsində təmsil olunacaq. Məşqçilər yalnız 66 kq çəki dərəcəsində Astanaya heç kimi aparmayıblar. Baş məşqçi Rasim Məmmədovun rəhbərliyi altında yarışda Elnur Şəfizadə (46 kq), Məsud Yusifzadə (48 kq), Malik Muradov (50 kq), Nəsrəddin Məmmədov (52 kq), Peyman Yusifli (54 kq), İman Əhmədli (57 kq), Nurlan Nağıyev (60 kq), Fuad Mustafayev (63 kq), Orxan Mayıllı (70 kq), Nəbi Bağırov (75 kq), Rahil Məmmədli (80 kq) və Məhəmmədəli Tahirov (80+kq) mübarizə aparacaq. Dünya birinciliyinin final döyüşləri iyulun 30-da keçiriləcək. İyulun 31 və avqustun 1-də isə Astanadakı "Pekin" otelində AİBA İcraiyyə Komitəsinin toplantısı keçiriləcək. Toplantı başa çatdıqdan sonra WSB liqasının 2011-2012-ci illər mövsümünün püşkatma mərasimi olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə