23 yaşadək idmançılar arasında yüngül atletika üzrə Avropa çempionatına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, Çexiyanın Ostarava şəhərində, iyulun 12-dən 18-dək keçirilmiş yarışda ölkəmiz 3 idmançı ilə təmsil olunub.
Atletlərimizdən Layeş Abdullayevanın nəticəsi uğurlu olub. L.Abdullayeva 10 000 metr məsafəyə qaçışda 32.18.05 dəqiqə nəticə ilə qitə çempionu adını qazanıb. İdmançımız 5000 metrə qaçışda da hamıdan sürətli (15.29.47 dəqiqə) olub. Bununla da iki proqramda xanım atletimiz qızıl medal qazanıb.
Qeyd edək ki, komandamız Bakıya iyulun 19-da qayıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB