Ordubad Rayon Şahmat Məktəbinin yeni binası istifadəyə verilib

Ordubad Rayon Şahmat Məktəbinin yeni binası istifadəyə verilib

Ordubad Rayon Şahmat Məktəbinin yeni binası istifadəyə verilib. Siasport.az saytı xəbər verir ki, bu münasibətlə təşkil olunmuş mərasimdə çıxış edən məktəbin direktoru İsrafil Məmmədov muxtar respublikada təhsilin və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın istifadəyə verilməsi münasibətilə məktəbin kollektivini, şagirdləri təbrik edərək, bu idman müəssisəsinin muxtar respublikanın qabaqcıl şahmat məktəblərindən biri olduğunu qeyd edib. Sonra binaya baxış keçirilib. Müasir memarlıq üslubunda inşa olunan bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Müəllim Səkinə Tağıyeva, rayon ziyalısı Qürbət Rzayev, şahmatçı Fəridə Ələsgərova və başqaları tədbirdə çıxış edərək son illər Ordubad rayonunun böyük quruculuq və inkişaf yolu keçdiyini, dövlətimizin qayğısı ilə bütün sahələrdə dinamik inkişafa nail olunduğunu vurğulamış, bu qayğıdan uşaq, yeniyetmə və gənclərə də xeyli pay düşdüyünü qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə