Azərbaycan boksçuları Avropa birinciliyində uğurla çıxış edirlər

Azərbaycan boksçuları Avropa birinciliyində uğurla çıxış edirlər

Rusiyanın Qroznı şəhərində məktəblilər arasında an davam edir. Siasport.az saytı xəbər verir ki, yarışın ilk günündə rinqə çıxan 5 boksçumuzdan 3-ü növbəti mərhələyə vəsiqə qazanıb. 43 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov irlandiyalı Yuqqen Makkiveni minimal hesabla məğlub edib - 1:0. Sərxan Əliyev də (46 kq) ilk döyüşünü qələbə ilə başa vurub. Boksçumuz bolqarıstanlı Borislav Aleksandrovu rinqə çıxmağa peşman edib - 10:0. 50 kq çəki dərəcəsindəki təmsilçimiz Tayfur Əliyev də İrlandiya təmsilçisini mübarizədən kənarlaşdırıb. Həmyerlimiz Ceyms Kinanı 10:3 hesabı ilə üstələyib. Mirağa İsmayılov (38,5 kq) və Qüdrət Quliyev (41,5 kq) isə ilk görüşlərində Ukrayna təmsilçilərinə uduzublar.

Yarışın ikinci günündə isə 6 boksçumuz rinqə çıxıb. Onlardan 5-i öz döyüşlərini qələbə ilə başa vurublar. 40 kq çəki dərəcəsində yarışan Pərviz Quliyev gərgin mübarizədə Ukrayna nümayəndəsi Daniel Lapini 4:3 hesabı ilə məğlub edib. Elməddin İsmayılov (44,5 kq) Türkiyə nümayəndəsi Eren Can Bağçe üzərində inamlı qələbə qazanıb - 7:1. Sərxan Əliyev (46 kq) isə artıq ikinci döyüşünü qələbə ilə başa vurub. Həmyerlimiz bu dəfə irlandiyalı Ceyms Makdonahı 4:1 hesabı ilə üstələyib. 48 kq-da döyüşən Həsən Abbasov da rinqi qələbə ilə tərk edib. O, ukraynalı Andrey Maslovski üzərində 10:5 hesabı ilə qələbə qazanıb. Rövşən Musayev də (59 kq) Ukrayna təmsilçisinə qənim kəsilib. İdmançımız Vladislav Demidovu 13:3 hesabı ilə məğlub edib. Yarışın ikinci günündə milli komandamızın üzvlərindən yalnız İsmayıl Hüseynov (52 kq) mübarizəni dayandırıb. Boksçumuz moldovalı Dorin Bukşaya 1-2 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə