"Neftçi" bu gün hazırlığa son qoyacaq

"Neftçi" bu gün hazırlığa son qoyacaq

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dinamo" ilə oyununa hazırlaşan "Neftçi" Xorvatiyaya yollanıb. Siasport.az saytı xəbər verir ki, Zaqrebdəki "Şeraton" otelində məskunlan flaqman Xorvatiya paytaxtında məşq keçib. "Neftçi"nin oyunöncəsi son məşqi bu gün olacaq. Görüşün keçiriləcəyi "Maksimir" stadionunda baş tutacaq hazırlıq Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Qeyd edək ki, iyulun 13-də keçiriləcək "Dinamo" - "Neftçi" oyunu Bakı saat 23:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə