"Neftçi" iştirak ərizəsini UEFA-ya göndərdi

"Neftçi" iştirak ərizəsini UEFA-ya göndərdi

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Neftçi" PFK sifariş ərizəsini UEFA-ya göndərib. Siasport.az saytı xəbər verir ki, flaqman Avropanın ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə görüşün iştirak ərizəsinə 22 futbolçunun adını daxil edib.

Qapıçılar: Saşa Stamenkoviç, Rauf Mehdiyev, Elçin Sadıqov


Müdafiəçilər: Rail Məlikov, Ruslan Abışov, Denis Silva, İqor Mitreski, Alessandro Viana da Silva, Ruslan Əmircanov, Tərlan

Quliyev, Kərim Diniyev


Yarımmüdafiəçilər: Slavço Georgievski, Rodriqinyo, Flavinyo, Rəşad Abdullayev, Cavid Hüseynov, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov


Hücumçular: Emil Mpenza, Bahodir Nasimov, Ruslan Qurbanov, Emin Mehtiyev

Qeyd edək ki, "Neftçi"nin "Dinamo" ilə ilk görüşü iyulun 13-də saat 23:00-da Zaqrebin "Maksimir" stadionunda baş tutacaq. Cavab oyunu isə iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə