"İnter"in 40 milyon avroya transfer etmək istədiyi futbolçu kimdir?

"İnter"in 40 milyon avroya transfer etmək istədiyi futbolçu kimdir?
İtaliyanın "İnter" futbol klubu, daha bir səs-küylü transfer reallaşdırmağa çox yaxındır. Siasport.az saytı xəbər verir ki, İtaliya təmsilçisi, futbol üzrə Belçika milli komandasının 20 yaşlı futbolçusu Eden Hazardı transfer etmək üçün Fransanın "Lill" futbol klubuna astronomik rəqəmdə transfer təkilfi göndərib. Belə ki, "İnter" fransızlara 20 yaşlı futbolçunu transfer edəcəyi təqdirdə nə az, nə çox, düz 40 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Artıq İtaliya mətbuatı da bu transfer barədə yazılar dərc etməyə başlayıb. Fransız klubunun da bu transfer təklifinə müsbət yanaşdığı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə