Azərbaycan cüdoçuları Dünya Kubokunda 1 gümüş, 3 bürünc medal qazandılar
Brazilyanın San Paulo şəhərində keçirilən cüdo üzrə kişi və qadınlar arasında Dünya Kubokunda komandamız 1 gümüş, 3 bürünc medal qazanıb. Judoonlıine.info-dan siasport.az saytına verilən məlumata görə, iki gün davam edən Dünya Kuboku yarışında milli yığma komandanın baş məşqçisi Ağayar Axundzadə, məşqçilər Hacıağa Hacıəhmədov və İbadullah Şahbanovun rəhbərliyi altında cüdoçularımızdan-Kifayət Qasımova (-57 kq) gümüş, İlqar Müşkiyev (-60 kq), Ramilə Yusubova (-63 kq) və Elmar Qasımov (-100 kq) bürünc medallar qazanaraq öz aktivlərinə London-2012 Yay Olimpiya Oyunlarına lisenziya xalı yazdırıblar.
Digər cüdoçularımızdan-Elxan Rəcəbli (-81 kq) və Elxan Məmmədov (-100 kq) yarışın 5-si, Tərlan Kərimov isə 7-ci olub.
Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında 53 ölkə arasında 9-cu, qadınlarda 7-ci, kişilərin yarışıında isə 8-ci olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB