"Atletiko Madrid" klubunun prezidenti Diyeqo Forlanı hədələdi!

"Atletiko Madrid" klubunun prezidenti Diyeqo Forlanı hədələdi!
İspaniyanın "Atletiko Madrid" futbol klubunun uruqvaylı futbolçusu Diyeqo Forlan, artıq təkcə "Qalatasaray" klubu üçün deyil, elə öz doğma klubu üçün də baş ağrısına çevrilib. Siasport.az saytı xəbər verir ki, hazırda futbol üzrə Uruqvay milli komandasının təlim-məşq düşərgəsində olan D.Forlana, "Atletiko Madrid" klubunun prezidenti Miguel Angel Gil sərt xəbərdarlıq göndərib. Belə ki, klub prezidenti " El Mundo Devortivo" qəzetinə verdiyi açıqlamada "Atletiko Madrid"in artıq onunla bütün əlaqələrini kəsdiyini və onun "Qalatasaray"a getməsinin vacib olduğunu deyib:
"Mən bu gün onun meneceri Daniel Boltnicof ilə danışmışam. Biz "Qalatasaray"la qazılıq əldə etmişik. Onun maraqları klubun maraqlarından üstün ola bilməz. Artıq D.Forlanın "Atletiko Madrid"lə heç bir əlaqəsi qalmayıb. O ya "Qalatasaray"a gedəcək, ya da hər şey onun üçün pis qurtaracaq"-deyə klub prezisenti fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə