“Dalğa Arenada” U-17-lərin 1-ci “CASPIAN CUP”-nun açılış mərasimi olub
Bu gün "Dalğa Arenada" U-17-lərin 1-ci "CASPIAN CUP"-nun açılış mərasimi olub. Açılış mərasiminin ardından meydana Azərbaycan və Qırğızıstanın U-17-lərdən ibarət komandası çıxıb. Xatırladaq ki, bu yarış mütəmadi olaraq hər il keçiriləcək . Gələn illər üçün yarışda iştirak edən komandaların sayınıin artacağı da gözlənilən ola bilər. Oyuna hər iki tərəf ehtiyatlı başlayıb. Lakin tez bir zamanda həm ərazi, həm də oyun üstünlüyünü ələ alan millimiz rəqinbi qapısına doğru sıxmağa başlayıb. Oyunun 11-ci dəqiqəsində millimizin 10 nömrəli oyunçusu Orxan Əliyev sol cinahda iki rəqibini aldadıb cərimə meydançasına ötürmə verib. Ruslan Nəsirlinin başla zərbəsi isə azca qapıdan aralı keçib. Bundan sonra hücumların sayını artıran millimiz yenə Orxan Əliyevin gözəl reydi nəticəsində təhlükə yaradıb. Onun ötürməsini isə yenə məntiqli sonluqla tamamlayan olmayıb. Amma oyunun 13-cu dəqiqəsində yenə Orxanın gözel reydi və qapı önünə asması bu səfər Kənan Manafovun ifasinda gözəl baş zərbəsi ilə tamamlanıb. Komandalar fasiləyə bu hesabla yollanıb. Fasilədən sonra oyunu tam səkildə nəzarətə alan millimiz 50-ci dəqiqədə oyuna sonradan daxil olan David Qarayev və 54-cü dəqiqədə Ruslan Nəsirlinin qolları ilə matçı (3:0) hesabı ilə başa vurub və qrupdakı ilk matçında meydanı qələbə ilə tərk edib.
Oyundan sonra mətbuat konfransına ilk öncə Qırğızıstanın baş məşqçisi Marat Cumakayev gəlib. "Her şeydən oncə bizi belə bir turnirə çağırdıqları üçün AFFA rəhbərliyinə dərin təşəkkürlərimi çatdırıram. Oyuna gəlincə komandanız yaxşı oynadı və layiqli qələbə qazandı. Bu münasibətlə komandanızı təbrik edirəm. Bizim komandaya gəlincə isə təcrubəsizlik öz sözün dedi. Ümumiyyətlə, Qırğıszıstan millisi bəzi səbəblərə görə belə yarışlardan kənarda qalır, bu da öz nəticəsini göstərdi".
Sonra mətbuat konfransına millimizin baş məşqçisi Təbriz Həsənov gəlib: "Hər şeydən öncə onu deməliyəm ki, biz rəqibə yuxarıdan aşağı baxmırdıq rəqib potensiallı komanda idi. Amma bu gün uşaqlar layiqli qələbə qazandılar. Düzdür, fərq daha böyük ola bilərdi, amma komandamızda da bəzi nöqsanlar vardı ki, bu barədə onlarla işləyəcəyik və çalışacağıq ki, bu səhvlərə qarşıdakı oyunlarda yol verməyək."
Maraq üçün onu da xatırladaq ki, qırğızlar oyun boyu millimizin qapısı istiqamətində bir zərbə belə vura bilməyiblər. Millimizin iki küncdən zərbə vurduğu halda rəqibdə bu göstərici sıfır olub. Matçda yeganə sarı kart isə millimizin 10 nömrəlisi Orxan Əliyevə göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB