Millimizin keçmiş baş məşqçisi növbəti yığmadan da ayrıldı

Millimizin keçmiş baş məşqçisi növbəti yığmadan da ayrıldı
Azərbaycan yığmasının keçmiş baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb. Siasport.az saytı xəbər verir ki, almaniyalı Oliver Pelzer bu dəfə qazaxlarla \"düz gəlməyib\". Məsələ burasındadır ki, Asiya ölkəsinin 17 yaşlılardan ibarət seçmə komandası Bakıda keçiriləcək \"Kaspi Kuboku\" yarışına baş məşqçisiz gəlib. Qazaxıstan mətbuatnın yaydığı xəbərə görə, alman məşqçi vəd olunan şərtlər yerinə yetirilmədiyindən yığma komandadan imtina edib. Qazaxıstan Futbol Federasiyasının ictimaiyyətlə əlaqələr departamentinin direktoru İzmail Bzarov açıqlamasında yalan danışaraq, Oliver Pelzerin komanda ilə birgə turnirə yollandığını deyib. Vitse-prezident Viktor Katkov isə mütəxəssisin xəstələndiyi üçün Bakıya getmədiyini bildirib. Qazaxıstan mətbuatı yalanı üzə çıxararaq, bunu qəribə addım kimi qiymətləndirib: \"Maraqlıdır ki, bir qurumun iki rəsmisi fərqli cavab verir. Bəs, indi Oliver hardadır? Qaçıb? Uçub? Bəlkə xəstələnib?\" Qeyd edək ki, Pelzerin başçılığı ilə qazaxlar qələbə qazana bilməyiblər: 2 heç-heçə, 3 məğlubiyyət, top fərqi 9-12.Bu komanda bir müddət əvvəl Astanada \"Prezident Kuboku\"nda 4-cü yerlə kifayətləndiyi üçün sərt tənqid olunub. Pelzer vaxtilə çalışdırdığı millimizə qrup mərhələsində 2:3 hesabı ilə uduzaraq, sabiq komandasının turnirin qalibi olmasına şahidlik edib. //supersport.az

Bütün xəbərlər Facebook səhifəmizdə