Məhəllələrarası mini-futbol turniri keçirilir

Məhəllələrarası mini-futbol turniri keçirilir
171 saylı məktəbin süni ot örtüklü futbol meydançasında Azərbaycanda futbolun 100 illiyinə həsr olunmuş və "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı Xətai rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilir. Siasport.az saytı xəbər verir ki, 1999-2000-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda ümumilikdə 12 komanda tərkibində 120 nəfər uşaq iştirak edir.
Yarışlara 16 iyun 2011-ci il tarixində yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə