Türkiyə milli komandası futbol üzrə dünya çempionatının D qrupunda ən çox məsafə qət edəcək komanda olacaq. Belə ki, komanda qrup mərhələsində ümumilikdə 7 min 200 kilometr yol qət edəcək.
Məlumata görə, Türkiyə millisinin ən uzun səfəri Avstraliya ilə oyun üçün olacaq. Bu qarşılaşma çərçivəsində gediş-gəliş məsafəsi 4 min kilometr təşkil edəcək. Paraqvayla matç üçün komanda 2 min kilometr, ABŞ-la görüş üçün isə 1200 kilometr yol qət etməli olacaq. Beləliklə, Türkiyə millisi D qrupunda çıxış edən komandalar arasında ən çox səyahət edən yığma kimi qeydə alınacaq.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB