Türkiyə millisi üçün DÇ-da rekord MƏSAFƏ - 7 min 200 kilometr yol...

11 İyun 2026 02:20 (UTC+04:00)

Türkiyə milli komandası futbol üzrə dünya çempionatının D qrupunda ən çox məsafə qət edəcək komanda olacaq. Belə ki, komanda qrup mərhələsində ümumilikdə 7 min 200 kilometr yol qət edəcək.

Məlumata görə, Türkiyə millisinin ən uzun səfəri Avstraliya ilə oyun üçün olacaq. Bu qarşılaşma çərçivəsində gediş-gəliş məsafəsi 4 min kilometr təşkil edəcək. Paraqvayla matç üçün komanda 2 min kilometr, ABŞ-la görüş üçün isə 1200 kilometr yol qət etməli olacaq. Beləliklə, Türkiyə millisi D qrupunda çıxış edən komandalar arasında ən çox səyahət edən yığma kimi qeydə alınacaq.

Mətləb