İngiltərənin "Mançester Siti" klubu "Real"ın (İspaniya) futbolçusu Rodriqonun transferi üçün böyük məbləğ təklif etməyə hazırlaşır. SİA-nın "Transfer News Live"yə istinadən verdiyi məlumata görə, Premyer Liqa təmsilçisi tərəfindən 24 yaşlı braziliyalı üçün 70 milyon funt-sterlinq (təxminən 80 milyon avro) məbləğində təklif hazırlanır.
İngiltərə klubunun rəhbərliyi artıq yanvarda, qış fasiləsində sövdələşməni həyata keçirməyi planlaşdırırlar.
Rodriqo ilə İngiltərənin digər klubları "Arsenal" və "Liverpul" da maraqlanır.
Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqanın turnir cədvəlində 28 xalla ikinci pillədədir.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB