Braziliyalı döyüşçü Markos Rojerio de Lima bir illik diskvalifikasiya olunub. SİA xəbər verir ki, bu barədə UFC-nin mətbuat xidməti məlumat yayıb.
Onun yarışlardan uzaqlaşdırılmasına antidopinq qaydalarını pozması səbəb olub. Braziliyalının bu il yanvarın 13-də verdiyi test nümunəsinin nəticəsi müsbət olub. Markos Rojerio de Lima bununla bağlı tibbi sənədləri təqdim etsə də, liqanın təşkilatçılarına məlumat verməyib.
Qeyd edək ki, braziliyalı döyüşçü UFC-yə 2026-cı il yanvarın 24-də qayıda biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə