Batut və tamblinq gimnastikası üzrə ölkə çempionatı, Bakı birinciliyi keçirilib

Azərbaycan Gimnastika Federasiyası milli yarışlar mövsümünə start verib. SİA xəbər verir ki, Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası üzrə 9-cu, tamblinq üzrə 21-ci ölkə çempionatı və Bakı birinciliyi yarışı keçirilib.

İki gün ərzində müxtəlif yaş kateqoriyalarında idmançılar hər iki gimnastika növü üzrə qalibiyyət uğrunda mübarizə aparıblar. Batut gimnastikası üzrə yarışlarda gimnastlar balacalar (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyalarında fərdi və sinxron proqramlar üzrə çıxış ediblər.

Tamblinq yarışlarında isə iştirakçılar balacalar (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə performanslarını nümayiş etdiriblər.

Sonda qaliblərə medallarla yanaşı, diplom və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə