Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən Anna Sofia Obrien İtaliyada keçirilən “Egna Dance Trophy” turnirində üçüncü olub. Bu barədə SİA-ya Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Ritm və sərbəst proqram üzrə çıxış edən Anna Sofia Obrien 15 ölkədən olan 18 idmançının mübarizəsində 129.35 xal toplayaraq bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə