Aleks de Souza “Antalyaspor”la vidalaşıb

Türkiyənin “Antalyaspor” komandası baş məşqçisi Aleks de Souza ilə yollarını ayırıb.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda uğursuz nəticələrə görə braziliyalı məşqçi müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, “Antalyaspor” Aleks de Souzanın rəhbərliyi altında Superliqada topladığı 21 xalla 13-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə