Fatih Terimdən uğurlu “siftə”

Səudiyyə Ərəbistanı təmsilçisi “Əş-Şabab” türkiyəli mütəxəssis Fatih Terimin baş məşqçiliyi altında ilk oyununa çıxıb. SİA xəbər verir ki, Terimin komandası Kral Kubokunun 1/4 finalında “Əl-Feyha”ya 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb. Qeyd edək ki, “Əş-Şabab” növbəti matçını Səudiyyə Ərəbistanı Pro Liqasının XIV turunda “Əl-Əhli”yə qarşı keçirəcək.

Xatırladaq ki, Terim son olaraq Yunanıstanda “Panatinaikos” klubunun baş məşqçisi olub. O, yeni klubunda Vitor Pereyranı əvəzləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə