İtaliya Superkubokunda finala yüksələn ilk komanda bəlli olub. SİA xəbər verir ki, yarımfinalda "İnter" və "Atalanta" üz-üzə gəlib. Görüş Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "İnter"in heyətində hər iki qolu Denzel Dumfries vurub. Yarımfinalın digər oyununda "Yuventus" və " Milan" komandaları qarşılaşacaq. Matç bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə