Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduzu Kriştiano Ronaldunun transfer qiyməti azalıb. SİA xəbər verir ki, forvardın “Transfermarkt”da dəyəri 12 min avro göstərilir. Onun transfer qiyməti daha öncə 15 milyon avro idi. Məlumata görə, beşqat “Qızıl top” sahibi artıq Səudiyyə Ərəbistanının ən bahalı on futbolçusu arasında deyil.
Qeyd edək ki, 39 yaşlı hücumçu cari mövsüm 19 oyunda 16 qol vurub. Ümumilikdə isə o, rəsmi matçlarda 916 dəfə fərqlənən ilk futbolçu kimi tarixə düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə