Azərbaycan millisinin boksçusu Dubayda mükafatlandırılıb

Azərbaycan millisinin boksçusu Alfonso Dominqes Beynəlxalq Boks Assosasiyası (İBA) tərəfindən mükafatlandırılıb. SİA Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, İBA-nın Dubayda keçirilən Konqressində 2024-cü ilin ən yaxşıları fərqləndirilib.

Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı olan A.Dominqes də ilin ən yaxşıları arasında yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə