28 yaşlı yarımmüdafiəçi "Naftalan" klubunda

Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov karyerasını AFFA Region Liqasında davam etdirəcək. SİA məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi "Naftalan" klubuna keçib.

Qeyd edək ki, Budaq Nəsirov son olaraq "Karvan"ın formasını geyinib. O, daha əvvəl ölkəmizdə "Sumqayıt", "Araz-Naxçıvan", "Kəpəz", "Turan Tovuz" və Portuqaliyada "Sportinq"in əvəzedici komandasında çıxış edib. Nəsirov 2016-cı ildə Azərbaycan yığmasının Andorra ilə qolsuz heç-heçə etdiyi yoldaşlıq matçında komandanın formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə