“Mançester Yunayted” yeni baş məşqçisinin adını açıqlayıb

İngiltərənin “Mançester Yunayted” komandası yeni baş məşqçisinin adını açıqlayıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisini portuqaliyalı mütəxəssis Ruben Amorim çalışdıracaq. Onunla 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

O, bu vəzifədə bir neçə gün öncə istefaya göndərilən Erik ten Haqı əvəzləyib. Mütəxəssis noyabrın 11-də komandaya qoşulacaq.

R.Amorim son olaraq Portuqaliyanın “Sportinq” ( Lissabon) komandasının sükanı arxasında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə