Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırıb

Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kadis şəhərində keçirilən dünya çempionatı ilə vidalaşıb.

SİA xəbər verir ki, Sahib Məmmədovun başçılıq etdiyi yığma 1/8 finalda Portuqaliya seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin 13:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan millisi mübarizəni dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə