Endokrinoloq Zuxra Pavlova alimlərin tapıntılarını şərh edərkən qeyd edib ki, o, hər gün yumurta yeməyi məsləhət görmür. "Onların kalorisi çox yüksəkdir və həddindən artıq istehlak çəki artımına və qan damarlarında lövhələrin yaranmasına səbəb ola bilər" deyə həkim xəbərdarlıq etdi. Bundan əlavə, o, müxtəlif pəhriz üçün danışdı. "Yemək nə qədər sağlam olsa da, hər şey mü
Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvü Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran şpaqaçımız 17 yaşadək oğlanların fərdi mübarizəsində pley-offa yüksəlib. Finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gələn V.Fətullayev həlledici qarşılaşmada Filip Zimmermana (İsveç) 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.
Qeyd edək ki, beynəlxalq turnirdə 10 ölkədən ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.
layim olmalıdır" dedi Pavlova.
Bütün xəbərlər Facebook səhifəmizdə