Ronaldo “Əl-Nəsr”lə danışıqlara başladı

39 yaşlı hücumçu Kriştianu Ronaldo və “Əl-Nəsr” 2025-ci ilin yayında başa çatan əmək müqaviləsinin uzadılması üçün danışıqlara başlayıb. SİA xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Nikolo Skira məlumat verib.

Mənbənin sözlərinə görə, Ronaldo 2026-cı il dünya çempionatında oynamaq niyyətində olduğu üçün oyun praktikasına ehtiyac duyur. 39 yaşlı hücumçu bu mundialda oynasa, tarixi rekorda imza ataraq, altı müxtəlif dünya çempionatında iştirak edən ilk futbolçu olacaq.

Bu mövsüm Ronaldo bütün yarışlarda yeddi matçda iştirak edib və bu matçlarda altı qol vurub və iki məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə