"Naxçıvan" heyətini daha bir basketbolçu ilə gücləndirib

"Naxçıvan" basketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib. Bu barədə SİA-ya bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

ABŞ-dən olan Cermeyn Marrou ilə birillik müqavilə imzalanıb. 27 yaşlı basketbolçu son olaraq Slovakiyada "BMK Handlova"nın formasını geyinib. .

Qeyd edək ki, Naxçıvan klubu daha əvvəl Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins, Ahmet Karaçelik, Papuna Kirtadze və Dmitro Juravlov ilə yeni müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə