Türkiyə klubundan ayrılan azərbaycanlı məşqçinin yeni iş yeri məlum olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Emin Əbilovun yeni iş yeri məlum olub. SİA xəbər verir ki, gənc mütəxəssis “Milli Aviasiya Akademiyası”na keçib. O, italiyalı çalışdırıcı Covanni Torçionun köməkçisi olacaq.

E.Əbilov son olaraq Türkiyənin qadınlardan ibarət “Sarıyer Bələdiyyəspor” komandasında işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə