"Bayer"in mərkəz müdafiəçisi Odilon Kossunou tezliklə İtaliyanın "Atalanta" klubuna keçəcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano "X" sosial şəbəkəsində paylaşıb.
Bildirilir ki, klubların rəhbərliyi müdafiəçinin 5 milyon avroya icarəyə götürülməsi ilə bağlı razılığa gəlib. 23 yaşlı futbolçu müqavilə imzalamazdan əvvəl tibbi müayinədən keçmək üçün artıq Berqamoya gedir.
Qeyd edək ki, müdafiəçi Belçika "Brügge"sindən Almaniya klubuna 2021-ci ilin yayında, 23 milyon avroya transfer olunub. O, bütün turnirlərdə 34 oyun keçirib və bir qol vurub. "Transfermarkt" internet portalı futbolçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB