Dirəklə tullanma üzrə yeni rekord müəyyən edilib

Dirəklə tullanma üzrə yeni rekord müəyyən edilib

…İsveçli Armand Duplantis dayaqla tullanmada dünya rekorduna imza atıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Lenta.ru-nun müxbiri bildirib.

Belə ki, Polşada keçirilən “Brilyant Liqa” mərhələsində idmançı 6,26 metr hündürlüyə tullanıb ki, bu da əvvəlki rekorddan bir santimetr yüksəkdir.

Beləliklə, Duplantis öz nailiyyətini məğlub edib. İyun ayında Duplantis 6,25 metr tullanaraq dünya rekordu qoymuşdu.

24 yaşlı isveçli Oyunların ikiqat Olimpiya çempionudur. Açıq havada keçirilən dünya çempionatında da iki qələbəsi var.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə