Avqustun 23-də Azərbaycan Atatürk Mərkəzində Azərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) ümumi yığıncağı təşkil olunacaq. Federasiyadan SİA-ya bildirilib ki, tədbirdə qurumun yeni prezidenti, birinci vitse prezidenti, vitse prezidentləri, Baş katibi və İdarə Heyətinin sədri seçiləcək.
Yığıncaqda, həmçinin müəyyən struktur üzvlərinin də təyin edilməsi planlaşdırılıb.
Tədbirdə federasiyanın bütün filial və klub rəhbərləri, məşqçiləri, hakimləri və 18 yaşına çatan idmançılar iştirak edərək, səs verə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB