Böyük britaniyalı pop ulduzu Ed Şiran “İpsviç Taun” klubunun səhmdarlarından biri olub. SİA xəbər verir ki, 33 yaşlı musiqiçi Premyer Liqa debütantından 1,4% pay alıb. O, passiv investor olacaq. Şiran “Ipsviç” rəhbərliyində yer almayacaq. Şiran uşaqlıqdan klubun fanatı olub. 2021-ci ildən müğənninin imzası komandanın formasında əks olunub.
Qeyd edək ki, “İpsviç” ötən mövsümün sonunda 22 ildən sonra İngiltərə Premyer Liqasına qayıdıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB