"Beşiktaş" gənc hücumçu alır

Türkiyənin "Beşiktaş" klubu gənc hücumçu Can Keleşi heyətinə qatmaq istəyir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubla razılığa gələn futbolçu illik 21 milyon lirə qazanacaq.

Qeyd edək ki, oyunçunun sağlamlıq müayinəsindən keçəcəyi və qısa müddət ərzində "Beşiktaş"la rəsmi imza atacağı gözlənilir.

Xatırladaq ki, ötən mövsüm "Fatih Karagümrük" klubunun heyətində 35 rəsmi matça çıxan Can Keleş 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə