"Sumqayıt"ın Macarıstan klubu ilə görüşünə 1500 bilet satılıb

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" - "Fehervar" (Macarıstan) qarşılaşmasına 1500 bilet satılıb. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, görüş iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Biletlərin qiymətləri sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə