Azərbaycan millisinin heyətinə yeni futbolçu qoşulub

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” komandasının oyunçusu Xanım Əsədova yığmaya qoşulub.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin son iki turunda iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə