Runi İngiltərə millisinin baş məşqçisinin 12 səhvini açıqladı

"Plimut Arqayl”ın baş məşqçisi və İngiltərə millisinin keçmiş oyunçusu Ueyn Runi Qaret Sautqeytin AVRO-2024-də etdiyi 12 səhvi bir-bir sıralayıb.

“Plimut Arqayl”ın baş məşqçisi və İngiltərə millisinin keçmiş oyunçusu Ueyn Runi Qaret Sautqeytin AVRO-2024-də etdiyi 12 səhvi bir-bir sıralayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “The Times” nəşrinə məlumat yayıb.

1. Müdafiəçi Trent Aleksander-Arnold mərkəz yarımmüdafiəçisi kimi çıxış edir.

2. Yarımmüdafiəçi Fil Fodenin hücumda solda mövqe alması.

3. Yarımmüdafiəçilər Cordan Henderson, Cek Qriliş və hücumçu Markus Reşfordu turnirə götürməmək qərarı.

4. Hücumçu Entoni Qordona start heyətdə yer verməmək.

5. Oyunçular arasında enerji çatışmazlığı və oyunun tempini qoruya bilməmək.

6. Pressinqin olmaması.

7. Oyunçular arasında koordinasiyanın olmaması.

8. Məşqçinin meydanda göstərişlər verməməsi.

9. Sautqeytin inadkarlığı.

10. AVRO-2024-ün qrup mərhələsinin 2-ci turunun Danimarka ilə oyununda (1:1) uğursuz əvəzləmələr: meydanda yarımmüdafiəçilər Koul Palmer və Adam Uortona ehtiyac olduğu halda, yarımmüdafiəçi Ebereçi Eze və hücumçu Jarrod Bouen daxil olub.

11. Futbolçuların evə tez qayıtmaları.

12. Müxtəlif variantları nəzərdən keçirməklə əlaqədar qeyri-müəyyənlik.

Xatırladaq ki, turnirin qrup mərhələsinin iki turundan sonra İngiltərə millisi dörd xal toplayıb və hazırda C kvartetində birinci yeri tutur. İyunun 25-də baş tutacaq 3-cü turda İngiltərə yığması Sloveniya ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə