FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq cədvəlini açıqlayıb
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq cədvəlini açıqlayıb. SİA xəbər verir ki, aktivində 1139.38 xal olan Azərbaycan millisi 29-cu pillədə qərarlaşıb.
Siyahıya beşqat dünya çempionu Braziliya yığması başçılıq edir. Mundialın son qalibi Portuqaliya 2-ci, İspaniya isə 3-cü yerdədir.
Azərbaycan millisinin AÇ-2026-nın qrup mərhələsindəki rəqiblərindən Xorvatiya 16-cı, İsveç 83-cü, Yunanıstan isə 109-cu sıradadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB